Bu gün Azərbaycan rəssamlığının görkəmli nümayəndəsi, öz yaradıcılığı ilə təsviri sənətimizə böyük töhfələr bəxş etmiş Azərbaycan, SSRİ Xalq rəssamı, bir çox Dövlət mükafatı laureatı Tahir Salahovun doğum günüdür

Əziz dostlar, Bu gün Azərbaycan rəssamlığının görkəmli nümayəndəsi, öz yaradıcılığı ilə təsviri sənətimizə böyük töhfələr bəxş etmiş Azərbaycan, SSRİ Xalq rəssamı, bir çox Dövlət mükafatı laureatı Tahir Salahovun doğum günüdür. “Sərt üslubun” ən mühüm fiqurlarından biri olmuş T. Salahov hər zaman yorulmadan yeni üfüqləri kəşf edən yaradıcı şəxsiyyət olmuşdur. Onun yaratdığı mükəmməl kompozisiyaya, zəngin bədii həllə malik əsərlər xalça üzərinə də keçirilmişdir. Bu əsərlər sadəcə rəngkarlıq tablolarının xalçaya köçürülməsi deyil. Burada ornament dilində danışan xalça vasitəsilə bədii ifadəlilik güclənir, müəyyən rəmzlərin köməyi ilə obrazların xarakteri daha da açılır. Muzeyimizdə dahi rəssamın xalça səthində yeni həyat qazanmış portret və süjetli əsərləri mühafizə edilir.