Muzeyimizdə​ “Şuşa​ İli” çərçivəsində​ həyata keçirilən​ Şuşanın tanınmış soylarına həsr olunmuş növbəti tədbirimiz də çox maraqlı mövzusu və qonaqları ilə yaddaqalan oldu

Muzeyimizdə​ “Şuşa​ İli” çərçivəsində​ həyata keçirilən​ Şuşanın tanınmış soylarına həsr olunmuş növbəti tədbirimiz də çox maraqlı mövzusu və qonaqları ilə yaddaqalan oldu.

Burada Qarabağın məşhur Vəzirovlar nəslinin nümayəndəsi,​ görkəmli​ dövlət xadimi və yazıçı, Azərbaycan​ Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində​ ilk səfiri​ Yusif​ Vəzir Çəmənzəminlidən bəhs edildi.​ “Şuşanın tanınmış soyları –Vəzirovlar: Yusif Vəzir Çəmənzəminli” adlı tədbirdə Yusif Vəzir Çəmənzəminlinin nəvələri,​ diplomat Yusif Vəzirov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru​ Leyla Vəzirova əsas məruzəçi qismində, həmçinin digər qonaqlar çıxış edərək çox əhəmiyyətli tarixi faktları diqqətə çatdırdılar.​

Qeyd edək ki, Leyla xanım Vəzirova müəllifi olduğu “Çəmənzəminlinin publisistikası” adlı monoqrafiyanı muzeyimizə bağışladı.