“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün təsdiqlənmiş “Dövlət Proqramı” çərçivəsində bu gün muzeyimizdə uşaqlar üçün tədbir keçirildi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün təsdiqlənmiş “Dövlət Proqramı” çərçivəsində bu gün muzeyimizdə uşaqlar üçün tədbir keçirildi. Burada “RAM center” reabilitasiya mərkəzinin psixoloqu Aynur Mahmudova Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbin VI və VIII sinif şagirdləri ilə görüşdü. Psixoloq uşaqlarla diskusiya şəkilində söhbət apardı və uşaqlardan onların pis vərdişlərə qarşı olan münasibətlərini öyrəndi. Eyni zamanda, uşaqlarda özünəinamın təbliğindən, zərərli vərdişlərin yetkinlik əlaməti olmadığından danışdı. Tədbirin sonunda uşaqlara sərbəst iş tapşırıldı və onlarla birgə art terapiya həyata keçirildi.

Tədbir iştirakçıları, həmçinin muzeyin ekspozisiyasına da ekskursiya etdilər. Muzey bələdçiləri şagirdlərə Azərbaycan milli irs nümunəsi olan xalça və digər dekorativ tətbiqi-sənət nümunələri, xalça sənətinin tarixi, inkişafı, xalça naxışlarının semantikası haqda ətraflı məlumat verdilər.