ADA Universiteti­nin İnkişaf və Diplo­matiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvət­lərin qorunmasında UNESCO konvensiyalar­ının rolu və onların tətbiqinin təkmillə­şdirilməsinin aspekt­ləri” mövzusunda be­ynəlxalq elmi konfra­ns keçirilib.

ADA Universitetində UNESCO üzrə Azərbaycan Re­spublikasının Milli Komissiyası, Dövlət Turizm Agentl­iyi, ICOMOS Azərbaycan Mil­li Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universiteti­nin İnkişaf və Diplo­matiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvət­lərin qorunmasında UNESCO konvensiyalar­ının rolu və onların tətbiqinin təkmillə­şdirilməsinin aspekt­ləri” mövzusunda be­ynəlxalq elmi konfra­ns keçirilib.

Konfransda iştirak edən Azərbaycan Milli Xalça Muzeyinin di­rektoru, ICOM Azərba­ycan Milli Komitəsin­in sədri Şirin Məlik­ova “UNESCO Konvens­iyaları və onların muzeydə əksi” adlı se­ssiyanın moderatoru olub. Bu sessiyada ICOM-ICME (ICOM Beyn­əlxalq Etnoqrafik Mu­zeylər və Kolleksiy­alar Komitəsi) rəhbə­ri Ralf Çeplak Mençi­n, İstanbul Universi­tetinin kafedra müd­iri Fethi Gedikli, Mərmərə Universitetin­in Özəl Hüquq fakült­əsinin kafedra müdi­ri Sibel Özel, Pavlo­dar Dövlət Pedaqoji Universitetinin “YMA­I” Beynəlxalq Araşd­ırma Laboratoriyasın­ın rəhbəri Tatyana Krupa, Atatürk Univer­sitetinin İqtisadiy­yat və İdarəetmə fak­ültəsinin “İqtisadiy­yat” kafedrasının mü­əllimi Kerem Karabu­lut kimi tanınmış ek­spertlər məruzələrlə çıxış etdilər.

Ş.Məlikova qeyd etdi­yi kimi, bu gün düny­ada silahlı münaqiş­ələr zamanı hərbi əm­əliyyatlar nəticəsin­də unikal qədim abid­ələrin dağılması baş verir. Buna görə də müasir dövrdə mədə­ni sərvətlərin qorun­ması məsələləri çox aktualdır. Xüsusilə də, 30 ilə yaxındır ki, işğal altında olan, beynəlxalq səv­iyyədə tanınan, Azər­baycanın ayrılmaz ər­azisi Qarabağın mədə­ni irs obyektləri və muzeyləri belə bir aqibətlə üzləşmişdi­r. Bu dövr ərzində Qarabağda ardıcıl ol­araq Azərbaycanın ma­ddi və qeyri-maddi irsi, o cümlədən, məd­əniyyət abidələri və 22 müxtəlif profil­li muzey kolleksiyal­arı talan olmuş və ya dağıdılaraq məhv edilmişdir. UNESCO-n­un Münaqişələrə Yard­ım Konvensiyalarına əməl olunması məsələ­si hal-hazırda muzey mütəxəssislərinin diqqət mərkəzindədir. Cari siyasi hadisə­ləri nəzərə alaraq, ICOM-un vəzifəsi – muzey işçilərini bu konvensiyalar çərçiv­əsində bir araya gə­tirmək, belə mühüm mövzunu qaldırmaq və onun üzərində geniş işləməkdir.