Sizi “İlkin toxuculuq vərdişləri arxeoloji tapıntılarda (Azərbaycanın cənub bölgəsi əsasında etnoarxeoloji tədqiqat)” adlı mühazirəyə dəvət edirik.

Əziz dostlar!

Sizi “İlkin toxuculuq vərdişləri arxeoloji tapıntılarda (Azərbaycanın cənub bölgəsi əsasında etnoarxeoloji tədqiqat)” adlı mühazirəyə dəvət edirik.

Mühazirə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə tərəfindən təqdim olunacaq.

O, Azərbaycanın cənub bölgəsində aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanan maddi mədəniyyət nümunələri əsasında qədim dövrlərdə bu bölgədə yaşamış insanların təsərrüfat həyatında ibtidai toxuculuğun ilkin təzahürləri və sonrakı inkişaf mərhələlərindən bəhs edəcək.

İştirak üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://forms.gle/GCMz6aQP2vCQTT1K9​​​​​

Azərbaycan Milli Xalça Muzeyi

14 yanvar 2023-cü il, saat 16:00