Muzeyimizdə “İlkin toxuculuq vərdişləri arxeoloji tapıntılarda (Azərbaycanın cənub bölgəsi əsasında etnoarxeoloji tədqiqat)” adlı mühazirə keçirilib.
Muzeyimizdə “İlkin toxuculuq vərdişləri arxeoloji tapıntılarda (Azərbaycanın cənub bölgəsi əsasında etnoarxeoloji tədqiqat)” adlı mühazirə keçirilib.
Mühazirə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə tərəfindən təqdim olunub.
O, Azərbaycanın cənub bölgəsində aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanan maddi mədəniyyət nümunələri əsasında qədim dövrlərdə bu bölgədə yaşamış insanların təsərrüfat həyatında ibtidai toxuculuğun ilkin təzahürləri və sonrakı inkişaf mərhələlərindən bəhs edib.