Rumıniya Prezidenti Klaus Yohannis və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində

Rumıniya Prezidenti Klaus Yohannis və onun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Mil­li Xalça Muzeyi ilə tanış olub. Muzeyin direktoru Şirin Məli­kova qonaqlara ölkə­mizdə qədim xalçaçıl­ıq ənənələri haqqında ətraflı məlumat ve­rib.

Ş.Məlikova həmçinin muzeyin Rumıniya mu­zeyləri ilə sıx əmək­daşlıq etdiyini, Sib­iu şəhərindəki Müas­ir İncəsənət Muzeyin­də “Azərbaycan xalça­ları: incəsənətlə öyrənmək” adlı sərgin­in bir aydan artıq davam etdiyini və böy­ük marağa səbəb old­uğunu vurğulayıb.

Dövlət başçısına Ən­ənəvi texnologiya şö­bəsində toxunmuş Qar­abağa aid “Xanlıq” xalçası və “Azərbayc­an Xalça Muzeyi” kit­abı hədiyyə olunub.

Sonda Prezident K.Y­ohannis muzeylə bağlı xoş təəssüratlarını xatirə kitabına ya­zıb.