“Orta əsrlərdə Yaxın Şərqdə gümüş böhranı və onun Şirvanşahlar dövlətinin tarixinə və sikkələrinə təsiri”​ adlı mühazirəyə dəvət edirik.​

Əziz dostlar!

Sizi “Orta əsrlərdə Yaxın Şərqdə gümüş böhranı və onun Şirvanşahlar dövlətinin tarixinə və sikkələrinə təsiri”​ adlı mühazirəyə dəvət edirik.​ Mühazirə​ Azərbaycan Filateliya İttifaqı ​ nəzdində “Filateliya və numizmatika” klubunun üzvü Rüstəm Hüseynov​ tərəfindən təqdim olunacaq. O, Şərq ölkələri tarixində baş vermiş fenomen bir hadisə - “gümüş böhranı” və həmin dövrdə Şirvanşahlar dövlətinin​ öz sikkələrini zərb etməyə başlaması, tədricən​ bütün regiona böyük təsir göstərən, qonşu ölkələr üçün örnək olan​ müxtəlif nominallı sikkələr sisteminin yaradılması barədə​ təfərrüatlı​ məlumat verəcək.​

İştirak üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://forms.gle/wme3DeDqKLHqv9F26

Azərbaycan Milli Xalça Muzeyi

11 fevral 2023-cü il, saat 16:00