Bəşər tarixinin ən amansız və qanlı hadisələrindən olan Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar muzeyimizdə silsilə tədbirlər keçirilir.

Bəşər tarixinin ən amansız və qanlı hadisələrindən olan Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar muzeyimizdə silsilə tədbirlər keçirilir.

Xocalı faciəsinə həsr olunmuş ilk tədbirdə “Ana və uşaq” və “Nərmin” filmləri nümayiş etdirilib. Filmin rejissoru Nadir Maçanov, bəstəkarı Emil Həşimov və aktrisalar - Aygün Fətullayeva, Natəvan Abbaslı tamaşaçılara filmlə bağlı məlumat veriblər, onları maraqlandıran sualları cavablandırıblar.