Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar muzeyimizdə növbəti tədbir keçirilib

Xalqımızın yaddaşında sağalmaz iz qoyan, tariximizin ağrılı-acılı səhifələrindən olan Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar muzeyimizdə növbəti tədbir keçirilib. Burada Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə amansızlıqla qətlə yetirilən 63 uşaqdan birinin - 5 yaşlı naməlum qızcığazın hekayəsindən bəhs edən “Xocalı nişanəsi” filmi nümayiş olunub. Tədbirdə filmin rejissorları Mübariz Əsgərov və Elçin Elxanlı da iştirak ediblər.

Bu gün həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kollektivi soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış “Ana harayı” abidə kompleksinin önünə gələrək Xocalı şəhidlərini dərin hörmət və ehtiramla yad ediblər.