Meksika parlamentinin Deputatlar Palatasının Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri və meksikalı parlamentarilər muzeyimizi ziyarət edib.

Meksika parlamentinin Deputatlar Palatasının Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqas, meksikalı parlamentarilər Xavyer Kasike Zarate, Elva Aqustina Vigil Ernandez, Navor Alberto Rohas Mansera muzeyimizi ziyarət edib. Qonaqlar ekspozisiya ilə yaxından tanış olublar, onlara muzeyin tarixi, fəaliyyəti, kolleksiyaları barədə ətraflı məlumat verilib.