Muzeyimizdə boyanmamış yun iplərdən xalçatoxuma üzrə ustad dərsi keçirilib
Bu gün muzeyimizdə boyanmamış yun iplərdən xalçatoxuma üzrə ustad dərsi keçirilib. Azərbaycan Milli Xalça Muzeyinin formalaşmasında xidmətləri olmuş xalçaçı-rəssam, sənətşünas alim Cəfər Mücirinin doğum günü ilə əlaqədar təşkil olunan ustad dərsinə toxuculuq sənətinə marağı olan gənclər qatılıblar.
Onlar Ənənəvi texnologiya şöbəsinin toxucusu Rəna Süleymanova tərəfindən təqdim olunan ustad dərsindən böyük zövq aldıqlarını vurğulayıblar.
Qeyd edək ki, ilk dəfə xalçalarında boyanmamış yun ipdən istifadə edən rəssam C.Müciri olub. Onun muzeyimizdə saxlanılan məşhur əsərlərindən biri XVII əsrin böyük şairi Saib Təbriziyə həsr etdiyi təbii rəngli, müxtəlif çalarlı yun iplərdən toxunmuş xalçadır.