“Azərbaycanın qədim incəsənət nümunələrində və XIX-XX əsrlərə aid xalçalarında quş təsvirləri” adlı mühazirə keçirilib
Muzeyimizdə “Azərbaycanın qədim incəsənət nümunələrində və XIX-XX əsrlərə aid xalçalarında quş təsvirləri” adlı mühazirə keçirilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səltənət Rzayeva mühazirədə tunc və dəmir dövrlərinə aid metal, keramika məmulatlarının, həmçinin xalçalarımızın üzərindəki quş təsvirləri, onların daşıdığı mənalar barədə məlumat verib.