Azərbacan Milli Xalça Muzeyində Beynəlxa­lq Muzeylər Günü mün­asibətilə 10 yaşdan yuxarı uşaqlar üçün “Mənim dünyam” adlı art terapiya təlimi keçirilib

Azərbacan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə 10 yaşdan yuxarı uşaqlar üçün “Mənim dünyam” adlı art terapiya təlimi keçirilib. Uşaqların özünü rahat və azad formada ifadə etməsinə, onların gizlin saxladıqları duyğularının üzə çıxarılmasına şərait yaradan təlim Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Pərvin Müslümzadə tərəfindən təqdim olunub.

Xüsusi yaradılmış “Çələbi” otağında təşkil olunan art terapiyaya qatılan uşaqlara təşəkkürnamə təqdim olunub.

Xatırladaq ki, Beynəlxalq Muzeylər Günü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində mayın 17-də, saat 16:00-da gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi qlobal problemlərlə bağlı maarifləndirmək və onlara qarşı mübarizəyə təşviq etmək məqsədilə İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən mühazirə keçiriləcək. Mayın 18-də, saat 12:00-da isə muzeyin balaca dostları üçün 132-134 nömrəli təhsil kompleksinin şagirdlərinin ifasında “Təbiətin səsi sən ol!” adlı interaktiv tamaşa göstəriləcək.