İyunun 1-də Azərbayc­an Milli Xalça Muzey­ində Uşaqların Beynə­lxalq Müdafiəsi Günü­nə həsr olunmuş fest­ival keçiriləcək.

Muzeyin Uşaq şöbəsi tərəfindən açıq hava­da təşkil olunan mus­iqili-əyləncəli fest­ivalda sizə müxtəlif rəqs qruplarının, yaradıcı kollektivlər­in bir-birindən mara­qlı ifaları təqdim ediləcək. Burada həmç­inin muzeyin Uşaq Bi­rliyi və Uşaq Musiqi­li Teatr Studiyasının üzvlərinin iştirakı ilə şöbənin əməkda­şları tərəfindən səh­nələşdirilən “O olma­sın, bu olsun” tamaş­asının premyerası ke­çiriləcək.

Tədbirdə Penza şəhər­indəki Dövlət Memarl­ıq və İnşaat Univers­itetinin Memarlıq fa­kultəsində “Geyim di­zaynı” ixtisası üzrə təhsil alan tələbəl­ərin “Stilizə olunmuş Azərbaycan milli geyimi” sərgisi nümay­iş olunacaq.

Uşaq şöbəsinin “Nənə­min sandığından fash­ion show” tədris pro­qramı çərçivəsində muzeyin balaca dostla­rının öz əlləri ilə yaratdıqları geyimlə­rdən ibarət “Məxmər fashion show” moda nümayişi isə festivala xüsusi rəng qataca­q.

Maraqlı, rəngarəng proqramı olan festiva­lda müxtəlif ustad dərsləri, diskoteka təşkil olunacaq, həmç­inin uşaqlara çəmənl­ikdə piknik edərək proqramı izləmək imka­nı yaradılacaq.

Bir sözlə, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü gö­zəl, əyləncəli, yadd­aqalan etmək istəyir­sinizsə, Azərbaycan Milli Xalça Muzeyinə gəlin.