Azərbaycan Milli Xalça Muzeyi peşəkarların rəyləri əsasında verilən yeganə mükafat olan “Ekspertlərin Seçimi Mükafatı 2023”-ə layiq görülüb.

Azərbaycan Milli Xalça Muzeyi peşəkarların rəyləri əsasında verilən yeganə mükafat olan “Ekspertlərin Seçimi Mükafatı 2023”-ə layiq görülüb.

Dünyanın məşhur səyahət saytlarından olan “Tripexpert”in 7-ci ildir təqdim etdiyi mükafat 100-dən artıq səyahət bələdçilərinin, jurnal və qəzetlərin rəy və materiallarına əsasən təqdim olunur. Ən gözəl rəyləri alaraq qalib olan turizm obyektləri ilə bağlı xəbərlər “The New York Times”, “The Daily Telegraph” və “GQ” kimi önəmli nəşrlərdə işıqlandırılır.

Çoxsaylı peşəkar rəyləri əsasında Azərbaycan Milli Xalça Muzeyinin Bakının ən yüksək reytinqli görməli yerlərindən biri kimi dünyanın ən yaxşılarının siyahısında olması qürurvericidir.