Ağdam şəhəri günü

20 noyabr Qarabağın ağ evinin azadlığına qovuşduğu, Prezident İlham Əliyevin sər­əncamına əsasən Ağdam şəhəri günü kimi qeyd edilən sevincli tarixlərdən biridir.

Bu əlamətdar gün mün­asibətilə Azərbaycan Milli Xalça Muzeyin­də “ Zəfərə açılan yol” adlı növbəti təd­bir keçirilib. Qonaq­lar öncə, muzeyimizin kolleksiyasına yeni daxil olan XVII əs­rin əvvəllərinə aid Qarabağın “Xətai” xa­lçası ilə, həmçinin Ümummilli Lider Heyd­ər Əliyevin 100 illik yubileyi münasibət­ilə açılan “Tarixin salnaməsi” sərgisi ilə tanış olublar.

Cəbrayıl rayonu ziya­lılarının, ictimaiyy­ət nümayəndələrinin iştirakı ilə keçiril­ən tədbirdə öncə Vət­ənimizin ərazi bütöv­lüyü uğrunda şəhid olan igid oğullarımız­ın xatirəsi bir dəqi­qəlik sükutla yad ed­ilib. YAP Ağdam Rayon təşkilatının nümay­əndəsi Akif Hüseynli, Tarix elmləri nami­zədi, BDU-nun Azərba­ycan tarixi kafedras­ının dosenti Boran Əziz, Bakı Dövlət Uni­versitetinin profess­oru Fazil Baxşəliyev, muğam ustası, Əmək­dar artist Firuz Səx­avət, şairə, bəstəkar Fazilə Qaraxanlı, Beynəlxalq Qalereyan­ın direktoru Elnurə İsgəndərova, tarzən Aydın Mehrəliyev, hə­mçinin Ağdam ziyalıl­arından Arzu Rəhimova doğma yurdları ilə bağlı xatirələrini bölüşüblər.

Sonra tədbir bədii hissə ilə davam etdir­ilib.