“Nənəmin sandığından yaranmış Fashion Show” təhsil proqramı
Milli geyimlərimizin təbliği üçün həyata keçirilən “Nənəmin sandığından yaranmış Fashion Show” təhsil proqramında iştirakçılara milli geyimlərimiz, onların tarixi, tikmə sənəti və növləri, eskizlərin işlənməsi haqqında nəzəri-praktik dərslər keçilir. Proqram yekunlaşdıqda iştirakçıların əl işlərindən ibarət moda nümayişi təşkil olunur.