Tahir Salahovun anadan olmasının 95 illiyi tamam olur.

Təsviri sənətin görkəmli nümayəndəsi, Azərbaycanın və keçmiş SSRİ-nin ən yüksək təltiflərinə, bir sıra ölkələrin orden və mükafatlarına layiq görülən dünya şöhrətli rəssam Tahir Salahovun anadan olmasının 95 illiyi tamam olur.

Dahi sənətkar, rəngkarlıqda “sərt üslub”un əsasını qoyan Tahir Salahov milli xalça sənətinə də böyük töhfələr verib. Milli sənət xəzinəmizi bənzərsiz əsərləri ilə zənginləşdirən novator rəssamın mükəmməl kompozisiyaya, bədii həllə malik möhtəşəm tabloları xalçalara köçürülüb və bununla onun yaradıcılığında yeni səhifə açılıb.

Zəngin yaradıcılıq yolu keçən görkəmli sənətkarın xalça səthində yeni həyat qazanmış əsərlərini sizə təqdim edirik.​