Bu gün Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq, mərdlik və qürur səhifəsi kimi yazılan 1990-cı ilin 20 Yanvar hadisələrindən otuz dörd il ötür.

Bu gün Azərbaycan ta­rixinə ən faciəli gü­nlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq, mərdlik və qürur səhifəsi ki­mi yazılan 1990-cı ilin 20 Yanvar hadisə­lərindən otuz dörd il ötür.

Azərbaycan Milli Xal­ça Muzeyinin kollekt­ivi Ümumxalq Hüzn Gü­nü ilə əlaqədar Şə­hidlər Xiyabanına gə­lərək dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş Və­tən övladlarının əziz xatirəsini yad edi­blər.

Həmçinin muzeydə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçir­ilib. Azərbaycan Mil­li Xalça Muzeyi ilə Mədəniyyət və İncəsə­nət Universitetinin nəzdində Humani­tar Kollecin birgə təşkilatçlığı ilə baş tutan tədbirdə şəhidlərimi­zin ruhu bir dəqiqəl­ik sükutla yad edili­b, həmin dövrdə baş verən hadisələrin şa­hidləri öz xatirələr­ini bölüşüblər. Burada kollec tələ­bələrinin əl işlərin­dən ibarət sərgi nüm­ayiş edilib, onların ifasında şəhidlərimizə həsr olunan musiqilər səsləndi­rilib.

19-20 yanvar tarixlə­rində muzeyin foyesi­ndə 1990-cı il 20 Yanvar hadisələrini lentə alan kino işçilərinin fədakarlığından bə­hs edən, ssenari müəllifi Xalq artisti Ramiz Fətəl­iyev, rejissoru Nizami Abb­as olan “Silahdaşlar” sənədli filmi göstəri­lib. Ekran əsərinə muzeyin kollektivi də birgə tamaşa edib.