Azərbaycan Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın birinci günü​ uşaqlar üçün maraqlı və əyləncəli keçdi.

Azərbaycan Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın birinci günü uşaqlar üçün maraqlı və əyləncəli keçdi. OnlaraAzərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun müəllimləri “Tzyançjı” Çin kağızkəsmə sənəti texnikasında pəncərələr üçün Yeni il bəzəklərinin, kağızdan Çin fənərlərinin, Çin makrame texnikasında qolbağların, muzeyimizin Uşaq şöbəsinin əməkdaşları isə aplikasiya üsulu ilə vərninin hazırlanması üzrə, həmçinin "Əjdahalı" xalça naxışlarını özün rənglə ustad dərsləri keçiblər. Burada “Azərbaycanın əjdahalı xalçaları” mövzusunda kölgə teatrı tamaşası göstərildi.

Xatırladaq ki, festival yanvarın 28-dək davam edəcək. Giriş ödənişsizdir.