Muzeyimizdə “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” yekunlaşdı

Muzeyimizdə “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” yekunlaşdı. Bir həftə davam edən və böyük maraq göstərilən festivala 1500 nəfərədək iştirakçı qatıldı.

Qədim Çin çay mərasimi, kalliqrafiya, uşu və s. üzrə biri-birindən maraqlı ustad dərsləri, ənənəvi bayram atributları iştirakçılara əsl Çin Yeni ili ab-havası yaşatdı. Silsilə tədbirlərdə ecazkar ölkənin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri ilə yanaşı, muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən əjdaha naxışlı xalçanın toxunması və bu mövzuya aid digər ustad dərsləri keçirildi. Azərbaycan xalçalarındakı əjdahalara həsr olunmuş kölgə teatr tamaşası göstərildi.

“Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” iki ölkə arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfə oldu.