Muzeyimizdə təbiətin oyanışını, baharın gəlişini simvolizə edən Novruz bayramının ilk müjdəçisi olan su çərşənbəsi münasibətilə tədbir keçiriləcək.

Muzeyimizdə təbiətin oyanışını, baharın gəlişini simvolizə edən Novruz bayramının ilk müjdəçisi olan su çərşənbəsi münasibətilə tədbir keçiriləcək.

Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi və Heydər Əliyev adına liseyin birgə təşkil etdiyi bayram tədbirində balaca dostlarımız üçün tematik ekskursiya, “Xalçalarda suyu simvolizə edən naxışlar mövzusunda ustad dərsləri” təşkil olunacaq. Həmçinin onlara “Novruz”, “Keçəl və Kosa” tamaşaları, milli rəqslər təqdim ediləcək, şeirlər səsləndiriləcək.

Əziz uşaqlar, ən əziz və doğma Novruz bayramını bizimlə birlikdə keçirmək istəyirsinizsə, muzeyimizə gəlməyi unutmayın!