Muzeyimizdə təbiətin oyanışını, baharın gəlişini simvolizə edən Novruz bayramının ilk müjdəçisi olan su çərşənbəsi münasibətilə tədbir keçirildi.

Muzeyimizdə təbiətin oyanışını, baharın gəlişini simvolizə edən Novruz bayramının ilk müjdəçisi olan su çərşənbəsi münasibətilə tədbir keçirildi.

Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi və Heydər Əliyev adına liseyin birgə təşkil etdiyi bayram tədbirində balaca dostlarımız üçün tematik ekskursiya, “Xalçalarda suyu simvolizə edən naxışlar mövzusunda ustad dərsləri” təşkil olundu. Həmçinin onlara “Novruz”, “Keçəl və Kosa” tamaşaları, milli rəqslər təqdim edildi, şeirlər səsləndirildi.