Rəssam Lalə Hüseynovanın “Toxunuş” adlı fərdi sərgisi keçiriləcək

Dəyərli dostlar!

Muzeyimizdə 7-12 mart tarixlərində rəssam Lalə Hüseynovanın “Toxunuş” adlı fərdi sərgisi keçiriləcək. Burada müəllifin böyük ilhamla yaratdığı, tamaşaçıları sirli-sehrli incəsənət aləminə səyahət etdirən əsərləri nümayiş olunacaq.

“Toxunuş” sərgisi təbiətlə insanın minilliklər boyu davam edən ünsiyyətinin, möhtəşəm vəhdətinin, bütünlüyünün sənət dili ilə ifadəsidir. Buradakı əsərlər 4 təbiət ünsürünün – su, od, hava və torpağın daxili monoloqunun, o cümlədən müəllifin özünəməxsus, sərhədsiz yaradıcılıq dünyasının, zəngin təxəyyülünün, duyğu və düşüncələrinin mücərrəd şəkildə təqdimatıdır.