“Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi çərçivəsində Novruz bayramı münasibətilə Azərbaycan və macar naxışları ilə yumurtaların bəzədilməsi üzrə ustad dərsi təşkil olunub

Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi çərçivəsində təbiətin oyanışını tərənnüm edən Novruz bayramı münasibətilə Azərbaycan və macar naxışları ilə yumurtaların bəzədilməsi üzrə ustad dərsi təşkil olunub. Böyüklər üçün ustad dərsi macar xalq sənətkarları Beatriks Yokaine Gombosi və Anna Yokai tərəfindən keçirilib.

Azyaşlı qonaqlar isə muzeyin Uşaq şöbəsinin əməkdaşlarının apardığı ustad dərsində Azərbaycan nağıllarının qəhrəmanlarını yumurtalarda əks etdiriblər.

Sonda qonaqlar “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi və muzeyin ekspozisiyası ilə tanış olublar.

Ustad dərsi Azərbaycan Milli Xalça Muzeyi və Macarıstan Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunub.