“Sənətkar ömrü” adlı mühazirə keçirilib.

Muzeyimizdə Azərbaycan xalça sənətinin inkişafında müstəsna xidmətlər göstərən görkəmli rəssam, peşəkar texnoloq, sənətşünas-alim, yazıçı-publisist Cəfər Mücirinin yaradıcılığına həsr olunmuş “Sənətkar ömrü” adlı mühazirə keçirilib. Xalça sənətinin istehsalatda təkmilləşməsi məqsədilə yazılan çoxsaylı kitabların müəllifi Cəfər Müciri haqqında mühazirə sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova tərəfindən təqdim olunub.

Daha sonra iştirakçılar muzeyin Ənənəvi texnologiya şöbəsi tərəfindən keçirilən ikiüzlu xovlu xalçanın toxunması üzrə ustad dərsinə qatılıblar.