“Butalı Gəncə” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilib

Muzeyimizdə milli xüsusiyyətlərimizin təcəssümü, həmrəyliyimizin rəmzi olan Novruz bayramı münasibətilə “Butalı Gəncə” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilib.

Ənənəvi texnologiya şöbəsində toxunan bu sənət nümunəsi muzeyin kolleksiyasında qorunub saxlanılan XIX əsrə aid “Butalı Gəncə” xalçasının replikasıdır.