18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu münasibətlə muzeyimizin Uşaq şöbəsi tərəfindən “Landau” məktəbinin şagirdləri üçün “Şuşa qalası” mövzusunda ustad dərsi keçirilib, onlara bu əfsanəvi qala haqqında məlumat verilib.

Daha sonra şagirdlərə şöbənin əməkdaşları tərəfindən hazırlanan “Uçan xalça” marionet teatr tamaşası göstərilib.