Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş sərgi çərçivəsində keçirilən “Sənətdə bənzərsiz eşq” adlı mühazirəyə dəvət edirik.

Əziz dostlar!

Sizi muzeyimizdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş sərgi çərçivəsində keçirilən “Sənətdə bənzərsiz eşq” adlı mühazirəyə dəvət edirik. Mühazirə Xalq rəssamı Aydın Rəcəbov və xalçaçı-rəssam Gülmurad Bəbirov tərəfindən aparılacaq. Onlar görkəmli mütəfəkkirin bədii irsindən təsirlənərək yaratdıqları xalçalar barədə ətraflı məlumat verəcəklər.

İştirak üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://forms.gle/oePHt4nLPStmuarb8

Azərbaycan Milli Xalça Muzeyi

25 may 2024-cü il, saat 15:00