Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası ilə tanış olub.

Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası ilə tanış olub. Qonaqlara muzeyin tarixi, fəaliyyəti, kolleksiyaları, Azərbaycan xalça sənəti haqqında ətraflı məlumat verilib.

Parlament sədri muzeylə bağlı xoş təəssüratlarını xatirə kitabına qeyd edib. Qonağa "Azərbaycan Milli Xalça Muzeyi" kitabı hədiyyə olunub.