Azərbaycan Milli Xalça Muzeyində bədii tikmə üzrə sənətkar Zərifə Zülfüqarovanın “Qəlbimin naxışları” adlı fərdi sərgisi açılıb.
Azərbaycan Milli Xalça Muzeyində bədii tikmə üzrə sənətkar Zərifə Zülfüqarovanın “Qəlbimin naxışları” adlı fərdi sərgisi açılıb. Sərgidə müəllifin kanva üzərində muline ilə hazırlanmış 80-dən çox əl işi təqdim olunur. Bədii tikmələr Avropa və rus rəssamlarının, o cümlədən V.Tropinin, İ.Şışkinin, Riççinin boyakarlıq əsərlərinin motivləri əsasında portret, natürmort və s. janrlarda xanduz tikmə texnikasında yaradılıb.