“Müxtəlifliyin gözəlliyi” sərgisi çərçivəsində plener keçirilib

Azərbaycan Milli Xalça Muzeyində Monteneqro xalqının ənənəvi mədəniyyətini təcəssüm etdirən “Müxtəlifliyin gözəlliyi” sərgisi davam edir. Sərgi çərçivəsində muzeyin Uşaq şöbəsi tərəfindən Sərhədçi Tədris Mərkəzinin şagirdlərinin iştirakı ilə plener keçirilib. Onlar sərgidə nümayiş olunan Monteneqro milli geyimlərini kağız üzərində akvarel teknikası ilə işləyiblər.