Nigeriyanın Gənclərin İnkişafı Federal Nazirliyinin daimi katibi Əhməd Dunoma Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və ICESCO-nun birgə təşkilatçılığı ilə keçirilən “By Youth For Youth” (“Gənclərdən gənclər üçün”) Beynəlxalq Forumu çərçivəsində ölkəmizdə qonaq olan Nigeriyanın Gənclərin İnkişafı Federal Nazirliyinin daimi katibi Əhməd Dunoma Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.