“Ümumtürk mədəniyyətinin vizual kodu” mövzusunda mühazirə keçiriləcək.
Əziz dostlar!
İyulun 8-də, saat 19:00-da Azərbaycan Milli Xalça Muzeyində Sənətşünaslıq üzrə fəlsəfə doktoru, vizual sənət nəzəriyyəçisi Elçin Şamillinin təqdimatında “Ümumtürk mədəniyyətinin vizual kodu” mövzusunda mühazirə keçiriləcək. Sənətşünas alim mühazirədə ümumtürk mədəni irsi olan xalça sənətində vizual dilin əhəmiyyətindən danışacaq, qonaqlarla mövzu ətrafında müzakirələr aparılacaq, onları maraqlandıran suallar cavablandırılacaq.
İştirak üçün aşağıdakı linkdən qeydiyyatdan keçməyiniz xahiş olunur: