Monteneqronun Azərbaycandakı səfiri Azərbaycan Milli Xalça Muzeyində qonaq olub.
Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç Azərbaycan Milli Xalça Muzeyində qonaq olub. Cənab səfirə muzeyin ekspozisiyasında yer alan nadir sənət nümunələri haqqında ətraflı məlumat verilib. Qonaq Monteneqro xalqının ənənəvi mədəniyyətini təcəssüm etdirən “Müxtəlifliyin gözəlliyi” adlı sərgi ilə də tanış olub.