Yay tətillərini səmərəli keçirən Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri bu gün muzeyimizi ziyarət etdilər

Yay tətillərini səmərəli keçirən Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri bu gün muzeyimizi ziyarət etdilər. Uşaqlar muzeyin daimi ekspozisiyası və Monteneqro xalqının ənənəvi mədəniyyətini təcəssüm etdirən “Müxtəlifliyin gözəlliyi” adlı sərgi ilə tanış oldular. Xalçalarımızdan bəhs edən “Uçan xalça” marionet teatr tamaşasını izlədikdən sonra, “şəddə” ustad dərsində iştirak etdilər.