Azərbaycan Milli Xalça Muzeyində növbəti xalça kəsimi mərasimi keçirilib
Azərbaycan Milli Xalça Muzeyində növbəti xalça kəsimi mərasimi baş tutdu. Qarabağ tipinin Şuşa qrupuna aid “Malıbəyli” xalçası muzeyin kolleksiyasında qorunan XIX əsrə aid eksponatın replikasıdır. Orijinallığı, rəng harmoniyası, texnoloji cəhətdən mükəmməlliyi ilə seçilən xalçanın mərkəzini bəzəyən göllərin daxilində “svastika” və “bulud” adlanan klassik elementlər yerləşdirilib.
Xalça Ənənəvi texnologiya şöbəsinin xalça rəssamı Sevinc Əliyevanın müəllifi olduğu texniki çeşni əsasında Gülxar Soltanova tərəfindən toxunub.
Milli irsimizi zənginləşdirən hər yeni xalçanın kəsimi bütün kollektivdə, həmçinin muzeyimizin qonaqlarında bayram əhval-ruhiyyəsi yaradır.