Azərbaycan Milli Xalça Muzeyində rəsm kursuna başlanılır
Rəssamlığa həvəsiniz varsa və bu həvəsin həyatınıza rəng qatan hobbiyə çevrilməsini arzulayırsınızsa, sizə xoş xəbərimiz var!
Azərbaycan Milli Xalça Muzeyində sentyabrın 15-dən uşaqlar və böyüklər üçün 3 aylıq rəsm kursuna başlanılır. Dərslər rəssam-pedaqoq Azər Abdullayev tərəfindən Azərbaycan və rus dillərində, həftədə 2 dəfə qrup və fərdi şəkildə keçiriləcək. Hər dərs 1,5 saat davam edəcək. Kursu bitirənlərə sertifikat veriləcək.
Kurs müddətində iştirakçılar üçün muzeyə ekskursiya, peşəkar xalçaçı-rəssamla görüş təşkil olunacaq, milli xalça naxışları, onların semantik mənaları haqqında məlumat veriləcək, xalçatoxuma üzrə ustad dərsləri keçiriləcək.
Bir sözlə, Azərbaycan Milli Xalça Muzeyi istedadını üzə çıxarmaq istəyən hər kəsi rəsm və xalça dünyasına unudulmaz səyahətə dəvət edir.
Bu şansı qaçırmayın, (+994 12) 497 20 16 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməyə tələsin.