Perudan olan tanınmış rəssam Ronald Companoca muzeyimizi ziyarət edib.

Perudan olan tanınmış rəssam Ronald Companoca və həyat yoldaşı muzeyimizi ziyarət ediblər. Qonaqlara muzeyin ekspozisiyasında nümayiş etdirilən sənət nümunələri, bu mədəniyyət ocağının tarixi, fəaliyyəti, kolleksiyaları, zəngin milli irsimiz olan xalça sənəti barədə ətraflı məlumat verilib. Onlar muzeyin Zərgərlik fondu, Ənənəvi texnologiya və Uşaq muzeyi şöbələri ilə də tanış olublar. Rəssam R. Companoca muzeyin xatirə kitabına ürək sözlərini qeyd edib.