Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.

Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib. Qonağı muzeyin direktoru Əminə Məlikova qarşılayıb, Yaponiya və Azərbaycan arasında mədəni əlaqələrin daha da inkişaf edəcəyinə inandığını deyib. Bunun üçün birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Sonra cənab səfir Katsuya Vatanabe və xanımına daimi ekspozisiyada nümayiş olunan zəngin kolleksiyalarımız barədə ətraflı məlumat verilib. Onlar həmçinin Zərgərlik fondunda qorunub saxlanılan sənət nümunələri, “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi ilə tanış olublar.

Xalqımızın tarixini, mədəniyyətini, adət-ənənəsini, həyat tərzini özündə əks etdirən zəngin irsimizlə yaxından tanışlığın onda xoş təəssürat yaratdığını bildirən səfir Katsuya Vatanabe öz təəssüratlarını muzeyimizin xatirə kitabına yazıb.

Qonağa muzeyin 55 illiyinə həsr olunan “Azərbaycan Milli Xalça Muzeyi” kitabı və suvenir xalça hədiyyə verilib.