Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub

Ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib. Ali qonağı muzeyin direktoru Əminə Məlikova qarşılayaraq bu mədəniyyət ocağının tarixi, fəaliyyəti, milli irsimiz olan xalça sənəti, kolleksiyalarda qorunub saxlanılan unikal əsərlər barədə məlumat verilib. Dövlət başçısı “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi ilə də tanış olub.

Ali qonaq xatirə kitabına muzeyimizlə bağlı xoş təəssüratlarını yazıb.

Əminə xanım Prezident Qordana Silyanovska-Davkovaya Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunan kitab hədiyyə edib.