“Kitabi-Dədə Qorqud-12 boy-12 xalça” sərgisi
13 fevral 2016-cı il tarixində Azərbaycan Xalça Muzeyində “Kitabi-Dədə Qorqud – 12 boy-12 xalça” adlı sərgi keçirilib.
Sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2015-ci il tarixli sərəncamını əsas tutaraq, “Kitabi-Dədə Qorqud” eposunun alman şərqşünas alim Henrix Fridrix Fon Dits tərəfindən üzə çıxarılması, tərcüməsi, ilk nəşri və elm dünyasına tanıdılmasının 200 illiyi ilə əlaqədar təşkil olunub.
Sərgidə 12 türk boyunu təmsil edən 12 xalça sərgilənib və Azərbaycan milli musiqi alətlərində ifalar təqdim olunub.