“Keçə sənətinin tarixi”
7 yanvar 2017-ci il tarixində Azərbaycan Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, keçəçi rəssam Rauf Əbdülhüseyn oğlu tərəfindən “Keçə sənətinin tarixi” mövzusunda mühazirə keçirildi. Mühazirədə keçə sənətinin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və məişətdəki əhəmiyyətindən geniş məlumat verildi. Mühazirədə Azərbaycan Dövlər Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin15 nəfər üzvü iştirak etdi.