"Qarabağın milli geyimləri"
5 noyabr 2016-cı il tarixində Azərbaycan Xalça Muzeyində “Qarabağın milli geyimləri” adlı mühazirə keçirildi. Mühazirə Azərbaycan Xalça Muzeyi Şuşa filialının müdiri Səbinə Əzizova tərəfindən həyata keçirildi. Mühazirə ərzində Qarabağ bölgəsinə məxsus XIX-XX əsrlərin milli geyimləri, onların növləri və ayrılmaz hissəsi sayılan zinət əşyaları haqqında iştirakçılara geniş məlumatlar verildi.