“Azərbaycan Xalça Muzeyinin kolleksiyasına yeni daxil olunmuş eksponatlar”
10 sentyabr 2016-cı il tarixində Azərbaycan Xalça Muzeyinin Konservasiya və bərpa şöbəsinin müdiri Dürdanə Qədirova tərəfindən “Azərbaycan Xalça Muzeyinin kolleksiyasına yeni daxil olunmuş eksponatlar” adlı mühazirə keçiriləcək. Mühazirədə son 5 il ərzində Muzey kolleksiyasına daxil olunmuş əşyaların qeydiyyatı, yaranma tarixi, mənşəyi, bədii xüsusiyyətləri və Azərbaycan mədəniyyəti üçün əhəmiyyət kəsb edən əsas cəhətləri haqqında məlumat veriləcək.