"Xalçanın yaranma tarixi, texnologiyası və naxışlar haqqında ümumi məlumat”
8 oktyabr 2016-cı il tarixində Azərbaycan Xalça Muzeyinin xalçaçı-rəssamı və Azərbaycan Rəssamlar İttifaqının üzvü Taryer Bəşirov tərəfindən Azərbaycan Xalça Muzeyində “Xalçanın yaranma tarixi, texnologiyası və naxışlar” adlı mühazirə keçiriləcək. Mühazirədə xalçanın yaranma tarixi, hansı xalqa məxsusluğu, naxışların və rənglərin mənalarından danışılacaq.