Bir eksponatın tarixi "Nağıllar aləmi"

Azərbaycan Xalça Muzeyində hər ay “Bir eksponatın tarixi” layihəsi həyata keçirilir. Layihə çərçivəsində bir eksponat ətraflı olaraq təqdim edilir. Bu ay keçirilən “Bir eksponatın tarixi” layihəsində muzeyin kolleksiyasında saxlanılan xalçaçı-rəssam Eldar Mikayılzadənin müəllifi olduğu “Nağıllar aləmi” xalçası təqdim olunmuşdur. Təqdimat zamanı Eldar Mikayılzadə xalçanın yaranma tarixi, onun üzərində təsvir olunmuş müxtəlif süjetli səhnələr haqqında maraqlı, fəlsəfi düşüncəli məlumatlar bölüşdü.