“Əlvan sapların oyunu: Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından Pirot kilimləri” sərgisi
7 oktyabr 2016-cı il tarixində Azərbaycan Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalça Muzeyində “Əlvan sapların oyunu: Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından Pirot kilimləri” sərgisinin açılış mərasimi keçirilib.
Sərgi 2015-ci ilin aprel ayında Azərbaycan Xalça Muzeyi ilə Belqrad Etnoqrafiya Muzeyi arasında muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində bağlanmış beşillik əməkdaşlıq memorandumu əsasında keçirilib və həmin memoranduma əsasən 2017-ci ildə Belqrad Etnoqrafiya Muzeyində Azərbaycan xalçalarından ibarət sərginin keçirilməsi nəzərdə tutulur.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və Belqrad Etnoqrafiya Muzeyinin direktoru Mircana Menkoviç çıxış ediblər.
Sərginin keçirilməsində məqsəd Serbiya cəmiyyətinin geniş sosial-iqtisadi və tarixi dəyişiklikləri ərəfəsində Pirot kilim toxuculuğunun xüsusi inkişaf və keçid mərhələlərini təcəssüm etdirməkdir. Sərgidə Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyalarınd
Qeyd edək ki, “Əlvan sapların oyunu: Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından Pirot kilimləri” sərgisi 7 oktyabr-6 noyabr tarixləri ərzində davam etmişdir.