“1941-1945 – unudulmayan tarix” tədbiri

6 may 2016-cı il tarixində Azərbaycan Xalça Muzeyində “1941-1945 – unudulmayan tarix” adlı tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xətti ilə faşizm üzərində qələbə çalan veteranlarımız gənclərlə görüşərək xatirələrini bölüşdülər.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin sədri Əlisəfa Nuriyev çıxış edərək həmin təşkilatın işçilərinin müharibə illərində ön cəbhəyə köməyindən danışdı.

Tədbirdə Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsində fəaliyyət göstərən rəsm dərnəyinin mövzuya uyğun rəsm sərgisi təqdim olundu və Uşaq Teatrının üzvləri vətənpərvərlik ruhunda mahnılar ifa etdilər.